“Xəzər Lənkəran” bu gün Ərzurum toplanışına yekun vuraraq, Xorvatiyanın paytaxtı Zaqrebə yollanacaq.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Oğuz Çətinin istədiyi müdafiəçi Sankoh İstanbulda komandaya qoşulacaq.
Rauf Əliyev və Əfran İsmaylovun məsələsi isə sual altında qalır. Klubdan bildiriblər ki, hər iki futbolçunun XL-lə müqavilə imzalaması realdı. Hər şeyə həftəiçi aydınlıq gələcək.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbula yollanacaq “Xəzər Lənkəran” ordan Xorvatiyanın Zaqreb şəhərinə uçacaq. Cənub komandası oradan da Sloveniyaya avtobusla yollanacaq. XL bu ölkədə 4 yoxlama görüşü keçirməyi də planlaşdırır.