Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni baş məşqçisindən ilk addım: Biri gəldi, digərləri qaldı

Böyük ehtimalla "Xəzər Lənkəran"ın baş məşqçisi olacaq Mustafa Dənizli artıq köməkçilərini müəyyənləşdirib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, çalışdırıcıya bu işdə "Fənərbağça"nın və Türkiyə millisinin sabiq baş məşqçisi Oğuz Çətin köməklik edəcək. Digər məşqçilər – Emin Quliyev, fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorre və qapıçılarla işləyən məşqçi Hafiz Əliyev öz vəzifəsində qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43