Ölkə futbolu

“Xəzər Lənkəran”lı azarkeşlərin “kral” adlandırdığı futbolçu İran klubuna keçir

Ötən mövsüm "Xəzər Lənkəran"da çıxış edən və lənkəranlı azarkeşlərin Kralmas adlandırdığı Dimitros Sialmas İran klubuna keçə bilər. Hücumçu bu ölkənin klublarının birindən şirnikləndirici təklif alıb.

Cənub klubundan ayrılandan sonra klubsuz qalan Sialmasa həmçinin Yunanıstan təmsilçisi “Platanias”dan da təklif var. Hələlik qəti qərar verməyən futbolçunun, yaxın zamanlarda seçim edəcəyi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43