Kateqoriyasız

XL Səlahət Ağayevin quru seriyasını qırdı

Azərbaycan Premyer Liqasının XII turunda “Xəzər Lənkəran”a qalib gələn Bakının “İnter” klubu 4 seriyaya son qoyub. 
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi VI turun sentyabrın 19-dakı matçında “Bakı”nı 7:0 hesabı ilə məğlub edib. 
62 gündən sonra qələbə qazanan Kaxaber Sxadadzenin komandası son 4 qarşılaşmanı qolsuz bitirib. VII turun sentyabrın 27-dəki görüşündə AZAL-la heç-heçə edən (1:1) “İnter” 54 gündən sonra qollu matçın iştirakçısı olub.

Həmin oyunun 4-cü dəqiqəsində Kərim Diniyevin qoluna üzülən Səlahət Ağayev 4 “quru” matçdan sonra Fernando Qabrielin uzatma dəqiqələrində fərqlənməsinin qarşısını ala bilməyib. Beləliklə 535 “quru” dəqiqə keçirən qolkiper mövsümün rekorduna imza atıb.

Paytaxt təmsilçisinin özü AZAL-la oyunun 76-cı dəqiqəsindən sonra ilk dəfə qol vurub. Mikel Alvaronun həmin qolundan 384 dəqiqə sonra Junior Nildo fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43