İdman

Xorvatiya millisini mundiala bu baş məşqçi aparacaq

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin yığmadakı taleyinə aydınlıq gəlib.

Yerli federasiya onu vəzifəsində saxlayıb. 51 yaşlı mütəxəssislə yeni müqavilə imzalanacaq. Komandanı gələn il Rusiyada keçiriləcək dünya çempionatına məhz Daliç aparacaq.

Ante Çaçiçin istefaya göndərilməsindən sonra Xorvatiya Futbol Assosiasiyası Daliçi müvəqqəti bu vəzifəyə təyin etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43