Kateqoriyasız

Xorvatiyanın futbolçusu: “Qələbəyə layiq oynadıq”

AÇ-2016-nın seçmə qrup mərhələsində millimizi məğlub edən (6:0)  Xorvatiya yığmasının üzvü İvan Perişiç matç barədə fikirlərini söyləyib.

İdmanxeber.com-un məlumatına görə, futbolçu bu fikirləri səsləndirib:

“Qalib gəlmək üçün hər şeyi etdik. Qələbəyə layiq oynadıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda da qələbə qazanmaqla yolumuza davam edəcəyik. Keçirdiyimiz üç oyunda qol buraxmamağımız çox önəmlidir. Bu, bizə əlavə stimul verir. Növbəti oyunlarda bu seriyanı davam etdirməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43