Kateqoriyasız

Flavinyo: “Sumqayt”la oyunda meydanda olmayacağam”

“Neftçi” PFK-nın futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı yarımmüdafiəçi müalicəsi ilə bağlı bunları bildirib:

“İtaliyaya zədəmi sağaltmaq üçün yollanmışdım. Orada istifadə olunan tibbi avadanlıqlar müalicənin daha sürətli aparılmasına imkan verir. Burada qalsaydım, azı 20 gün müalicə olunmalıydım. İndi isə komandanın düşərgəsindəyəm və fərdi məşq edirəm. Çox güman ki, “Sumqayt”la oyunda meydanda olmayacağam. Sonrakı turlarda isə formamı tam bərpa edib komandama kömək edəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43