16 Sentyabr 2024
Dünya futbolu

Yaponiya Çini darmadağın etdi

Yaponiya DÇ-2026-nın seçmə mərhələsində Çin üzərində böyükhesablı qələbə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, Sayamada keçirilən C qrupunun ilk oyunu 7:0 hesabı ilə başa çatıb.

Yaponiyanın hgeyətində Takumi Minamino dubl edib, Vataru Endo, Kaoru Mitoma, Junya İto, Daizen Maeda və Takefusa Kubo hərəyə bir qol vurub.

C qrupunda Yaponiya və Çinlə yanaşı, Bəhreyn, Səudiyyə Ərəbistanı, İndoneziya və Avstraliya mübarizə aparır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43