Ölkə futbolu

“Yarpaq tökümü” davam edir: “Qəbələ” daha bir aparıcı futbolçusu ilə yollarını ayırdı

Avropa Liqasında mübarizə aparacaq “Qəbələ” bir-bir hücumçuları ilə vidalaşır.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubu bir qədər öncə icarə müddəti bitməkdə olan Ekiko Ehihosunla yollarını ayıracağı ilə bağlı məlumat vermişdisə, digər forvard Viktor Mendinin də komandadan göndəriləcəyi dəqiqləşib.

“Qırmızı-qaralar” müqaviləsinin müddəti başa çatan hücumçu ilə yeni sözləşmə imzalamayıblar. Seneqallı forvard üçün “Bakı” ilə oyun son matç olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43