İdman

Yeni transferlər “Qarabağ”da ilk məşqə çıxdılar

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Albaniyanın “Kukesi” klubunu qəbul edəcək “Qarabağ” oyunun hazırlıqlarına start verib.

İdmanxeber.com-un məlumatına görə, yeni transferlər – Con Delarjla İnnosent Emeqara komandada ilk məşqlərini keçiriblər. Zədəli olan Dani Kintana və Hannes Halldorson ümumi məşqlərə qatılıblar.

“Qarabağ” – “Kukesi” matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. İlk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43