İdman

İquain “Milan”da

“Yuventus”un futbolçusu Qonsalo İquain karyerasını “Milan”da davam etdirəcək. O, icarə əsasında növbəti mövsümü bu komandnaın heyətində keçirəcək.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, klublar 15 milyon avroya bu keçiddə razılığa gəliblər. “Milan” növbəti mövsümün sonunda İquaini birdəfəlik transfer etmək hüququna da malik olacaq.

İndi “rossoneri” argentinalı forvardla şəxsi müqaviləni razılaşdırmalıdı. Qonsalonun “Yuventus”dakı maaşı olan 7,5 milyon avrodan aşağı məbləğə razılaşmayacağı bildirilir. Yaxın zamanda bu məsələnin də yoluna qoyulacağı ehtimal olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43