Ölkə futbolu

“Yenidən görüşmək ümidi ilə” – Kadi Borges

Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borges instaqram hesabından paylaşım edib

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi vida mesajında Azərbaycan klubuna təşəkkürünü bildirib:

“Bir gün hər şey bitdiyi kimi bu mərhələnin də sonuna gəldik. Fikirlərimi yazmağa sözlər aciz qalır. Mənə verdiyi hər şeyə görə “Qarabağ”a təşəkkür edirəm. Kadini ora gəldikdən sonra yeni Kadiyə çevirdiniz. “Qarabağ” klubuna, məşqçi heyətinə, futbolçularına, azarkeşlərinə sevgi və sonsuz ehtiramımı bildirirəm, hamınıza uğurlar arzulayıram. Daha sonra yenidən görüşmək ümidi ilə. Əsla vida olmayacaq. Azərbaycanda yaşadıqlarım indiyə qədərki həyatımda ən çılğın və ən gözəl anlardan biri idi”.

Mənə dəstək olan azarkeşlərə də minnətdaram. Siz mənim üçün bənzərsizsiniz. Ailəmlə bərabər sizinlə keçən hər anı evimizdə birlikdə yaşayacağıq. 74 oyunda 28 qol, 28 məhsuldar ötürmə, ölkə çempionluğu, kubokun qalibi, çempionatın bombardiri və mövsümün ən yaxşı oyunçusu olduğum üçün uğur hissi ilə klubdan ayrılıram. Başım dikdir. Çıxan hər xəbərə inanmayın. Bu kanalların heç biri həqiqəti demir. Bir gün hər şeyi izah edəcəm və sizə əslində nə baş verdiyini danışacağam”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43