Kateqoriyasız

Yevgeni Koçuk “Keşlə”də – Rəsmi

“Keşlə” növbəti transferini gerçəkləşdirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Sabah”dan ayrılan yarımmüdafiəçi Yevgeni Koçukla müqavilə imzalandığı bildirilib. Oyunçu ilə bu mövsümün sonundək müqavilə imzalanıb.

Qeyd edək ki, Koçuk buna qədər Moldovanın “Daçia”, Slovakiyanın “Jilina”, Azərbaycanın “Səbail” və “Sabah” klublarında çıxış edib. Həmçinin 2015-ci ildən Moldova millisinə dəvət alan 27 yaşlı futbolçu yığmada 25 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43