Dünya futbolu

“Barselona”da ciddi itkilər

“Barselona” futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sevilya”ya qarşı keçirəcəyi ilk oyuna ciddi itkilərlə çıxacaq.

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə Miralem Pyaniç, Serjinyo Dest və Martin Breytveytin zədə səbəbindən oynaya bilməyəcəyi vurğulanıb.

Daha əvvəl Jerar Pike, Serxio Roberto, Ansu Fati, Filippe Koutinyo və Ronald Arauxonun da eyni səbəbdən görüşdə iştirak etməyəcəkləri açıqlanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43