Ölkə futbolu

Yığmamız beynəlxalq turnirdə iştirak edəcək

2014-cü il yanvarın 3-dən 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnir təşkil olunavaq

Müvafiq yaş qrupundan ibarət Azərbaycan yığması turnirdə iştirak edəcək. Yığmamızdan əlavə, yarışda Rusiya, Moldova, Belarus, Yunanıstan, İran, Latviya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya, Estoniya, Yaponiya və Sankt-Peterburq yığmaları mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43