Kateqoriyasız

Yığmamız cədvəldə dəyişiklik etdi

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının məşq cədvəlində dəyişiklik edilib.

İdmanxeber.com-un  AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, millinin avqustun 19-da, saat 10:15-də keçirilməli olan məşqi ləğv olunub.  Avqustun 19-da, saat 17:30-da, “Sheraton Baku Airport Hotel”in “Çinar-3” zalında Azərbaycan milli komandasının mətbuat konfransı, saat 18:15-də isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat üçün açıq məşqi keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43