İdman

Yığmamız ingilisləri də məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ikinci oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, millimiz İngiltərə yığmasını Sabir Allahquliyev və Hikmət Bağırovun 


vurduğu qollarla 2:0 hesabı ilə məğlub edib.


Dünən turnirdəki ilk oyununda futbolçularımız Türkiyə komandasına 5:3 hesabı ilə qalib gəlmişdi.
Millimiz növbəti oyununu avqustun 27-də, saat 13:30-da Çexiya yığmasına qarşı keçirəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43