Kateqoriyasız

Yığmamızın matçının vaxtı dəyişdirildi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının səfərdə Farer adaları komandası ilə keçirəcəyi oyunun tarixi dəyişdirilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 15-də deyil, iyunun 17-də keçiriləcək.  “Toftir” stadionunda təşkil olunacaq oyun yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43