Kateqoriyasız

“Neftçi”nin iki üzvü millinin toplanışına dəvət aldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. 

İdmanxeber.com-un məlumatına görə, mayın 29-dan 31-dək Bakıda baş tutacaq hazırlıq prosesinə “Neftçi”nin yetirmələrindən 2 futbolçu dəvət olunub. 

U-19-un baş məşqçisi Nazim Süleymanov “ağ-qaralar”dan Elvin Sərkərov və Kamran Nəcəfzadəyə dəvət göndərb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43