Dünyadan

Arda Turandan Azərbaycana başsağlığı

Madridin "Atletiko" klubunun ulduz futbolçusu Arda Turan Bakıda baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə millisinin aparıcı üzvü "Twitter"dəki səhifəsində bunları yazıb:

“Başın sağ olsun, Azərbaycan! Başın sağ olsun, Türkiyə!”

Qeyd edək ki, dünən Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43