Kateqoriyasız

Premyer Liqada XXXV tur: Hakim təyinatları açıqlandı

Premyer Liqasında XXXV turun hakim təyinatları açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, turun “Inter”lə “Qarabağ” arasında mərkəzi oyunu İnqilab Məmmədova tapşırılıb.

XXXV tur

22 may (cümə)

18:00. “Sumqayıt” – “Xəzər Lənkəran”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov

“Kapital Bank Arena”

18:00. “Bakı” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

19:00. AZAL – “Simurq”

Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov

“AZAL Arena”

20:00. “İnter” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev

“İnter Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43