Kateqoriyasız

Yığmamızın rəqibinin heyəti açıqlandı

Şotlandiya millisinin Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

İdmanxeber.com-un Şotlandiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin rəqibinin baş məşqçisi Skot Qemmil Bakıya 18 futbolçu ilə gələcək.

Qeyd edək ki, Şotlandiya millisi Avropa çempionatında ilk oyununu mayın 5-də Belçikaya qarşı keçirəcək.

Qapıçılar: Eiden Makadams (“Seltik”), Kiran Rayt (“Reyncers”)        

Müdafiəçilər: Daniel Baur (“Heart of Midlothian”), Dan Meredit (“Vest Bromviç”), Toni Qallaçer (“Falkirk”), Liam Heqarti (“Middlsbro”), Eyden Uilson (“Reyncers”)        

Yarımmüdafiəçilər: Fraser Hornbi (“Everton”), Liam Bört (“Reyncers”), Kayl Makallister (“Sent-Mirren”), Cordan Holsqrouv, (“Ridinq”), Cek Tomson (“Reyncers”), Brouk Uatson (“Seltik”)        

Hücumçular: Zak Radden, (“Reyncers”), Cek Atçison (“Seltik”), Levis Morrison (“Kilmarnok”), Konnor MakLennan (“Aberdeen”), Cek Adamson (“Reyncers”)  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43