Milli komanda

Yığmamızın rəqibləri məlum olub

Final mərhələsi 2016-cı ilin may ayında Belarusda təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunan püşkatmada yığmamızın rəqibləri məlum olub. Yığmamız VI qrupda Belçika, Çexiya, Gürcüstan komandaları ilə mübarizə aparacaq. Qeyd edək ki, seçmə mərhələnin oyunları 2015-ci ilin avqustun 1-dən oktyabrın 31-dək müddətdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43