İdman

Yunis Hüseynov: “4 legioner futbolçu ilə danışıq aparırıq, yekunlaşmaq üzrədi”

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov qış fasiləsində göndərdikləri legioner futbolçuların əvəzinə yeni oyunçular gətirəcəklərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, “ARB” Tv yə açıqlamasında yeni 4 əcnəbi futbolçu ilə danışıqlar apardıqlarını söyləyən təcrübəli mütəxəssis, yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: “4 legioner futbolçu ilə danışıq aparırıq və yekunlaşmaq üzrədi. Yaxın günlərdə, məlum olacaq. Bununla belə yerli futbolçu axtarışlarımız da davam edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43