İdman

Yunis hüseynov: “Komandada qalan futbolçular elə bilməsinlər ki…”

“Kəpəz”in qış fasiləsi başa çatmaq üzrədir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bir aydan çox davam edəcək hazırlıq müddətindən əvvəl futbolçular tibbi müayinədən keçəcəklər. Komandanın üzvəri bu gün və sabah həkim nəzarəti altında olacaqlar. Yanvarın 7-dən isə “sarı-göylər” məşqlərə start verəcəklər.

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov fasilə dövrü və dəyişikliklərlə bağlı fikirlərini bildirib:

“Yəqin ki, fasilə müddətində məndən başqa hamı yaxşı istirahət etdi (gülür). Çünki bütün günü oyunçu axtarışları ilə məşğul oldum, dincəlmək bilmədim. Əsas işim-gücüm bu istiqamətdə idi. Bu vaxtlarda oyunçu tapmaq, seçmək çox çətindir. Amma yaxşı komanda formalaşdırmağa çalışacağıq. “Kəpəz”dən gedən futbolçular oldu, onlara uğurlar arzulayırıq. Heyətdə qalan uşaqlar elə fikirləşməsinlər ki, artıq yerlərini möhkəmləndiriblər, əsla belə deyil. Bu oyunçularla bir daha ciddi söhbətimiz olacaq. Verdiyimiz şansdan lazımınca yararlanmalı, özlərini yaxşı tərəfdən göstərməli, təsdiq etməlidirlər. Dəyişikliklər bundan sonra da mümkündür”.  
Qeyd edək ki, qış fasiləsində “Kəpəz” 3-ü legioner olmaqla, 11 futbolçu ilə yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43