“Səbail”dən ayrılan Amit Quluzadənin gələcək taleyinə aydınlıq gəlib.
İdmanxeber.com-un Yunanıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi yenidən legioner həyatı sürəcək. O, Yunanıstanın I Divizion klubu “Aiginaikos” kollektivi ilə anlaşıb. Quluzadənin Pieriya təmsilçisinə yanvarın 7-də X tur çərçivəsində “Sparta” ilə səfər matçından sonra qoşulacağı bildirilir. Onun yeni komandası hazırda 11 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Amit Quluzadə 2017-ci ildə Yunanıstanın AEL klubunda çıxış edib.