İdman

“Xəzər” daha bir Premyer Liqa futbolçusu ilə müqavilə bağladı – FOTO

“Kəpəz”in futbolçusu Aydın Qasımov karyerasını “Xəzər”də davam etdirəcək.

İdmanxeber.com-un  I divizion klubunun feysbuk səhifəsinə istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

 
Baş məşqçi Yunis Hüseynovun qərarı ilə “Kəpəz”dən göndərilən Qasımovun yeni komandası ilə anlaşma müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
 
Qeyd edək ki, Aydın Qasımov əvvəllər AZAL, “Qaradağ Lökbatan” və MOİK-in də formasını geyinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43