Kateqoriyasız

Yunis Hüseynov: “Komandadan getməyim düz çıxmaz”

Premyer Liqanın IX turunda “Kəpəz” növbəti qələbəsini qazandı. Şahin Diniyevin rəhbərlik etdiyi “Kəpəz” “Xəzər Lənkəran”ı 1-0 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bunları qeyd edib:

“Biz Gəncə səfərində xal qazanmaq istəyirdik. AZAL ilə oyundan sonra uğurlu seriya hədəfləmişdik. İlk hissədə komandamın oyunundan razı qalmadım. Ola bilər ki, azarkeşlərin rəqib tərəfdə olması futbolçularıma ola bilər ki, mənfi təsir göstərdi. İkinci hissədə isə pis təsir bağışlamadıq. Təhlükəli epizodlar yaratsaq da, bunlar qol vurmaq üçün kifayət etmədi. Zədəli oyunçularla bağlı problemlərimiz var. Tounkara və Orxan  sıraya yeni qayıdıblar. Hazırda isə həkimlər futbolçuların zədəsi ilə məşğuldurlar.  Komandadan getməyim düz çıxmaz. Dekabra kimi çalışmaılıyıq ki, liderlərdən geri qalmayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. “Sumqayıt”la bir neçə gün sonra keçiriləcək oyunda qələbə qazanmaq niyyətindəyik. Mən Azərbaycanı bölgələrə bölmürəm. Azərbaycan mənim vətənimdir, bu ölkənin hər bir yeri mənim üçün doğmadır. Fərq qoymuram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43