Dünya futbolu

“Yurgen Klopp getməlidir” – Tyerri Anri

Əfsanəvi futbolçu Tyerri Anri “Liverpul”un performansı barədə fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı sabiq futbolçu “qırmızılar”ın dünən evdə aldıqları məğlubiyyəti (2:5) şərh edib. O, komandada bir çox şeyin dəyişməli olduğunu vurğulayıb:

“Real”la oyunda onların hansı səviyyədə olduğunu bilmək istədim. Qarşımda isə çox aciz, yumşaq komanda gördüm. Görüşə 2:0 öndə başladılar. Bu, bütün rəqiblərə qarşı ən yaxşı başlanğıcdır. Bəli, qapıçı Alisson səhv etdi, amma komanda onu xilas etmədi. Kurtuanın xətasında isə “Real”lı oyunçular ona kömək etdilər. Bəzi şeyləri dəyişməyin vaxtıdır. Yurgen Klopp getməlidir. Bəzi oyunçular da artıq “Liverpul”da tələb olunan səviyyəni göstərmirlər. Bu, bir dövrün sonudur.

Komanda yaxşı oynamır və çox qol buraxır. Düzdür, onların son illərdəki çıxışı hamımızın xoşuna gəlirdi. İndi isə doğma meydandakı matçda beş qol buraxdılar. Fikir verin, Luka Modriç topu götürür, mərkəzi keçir və rahat irəliləyir. Sanki meydanda “Liverpul”dan heç kim yoxdur.  Komandanın durumu yaxşı deyil. Bir şey fikirləşməli və mövsümün sonunda yekun qərar verməlidirlər”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43