Ölkə futbolu

Yuri Syomin: “…hər şey məhv oldu”

Azərbaycan kuboku 1/8 final mərhələsində “Mil-Muğan” klubu “Qəbələ” klubu ilə qarşılaşdı və rəqibini 2:1 hesabı ilə məğlub edən “Qəbələ” növbəti mərhələyə vəsiqə qazandı. “Qəbələ” komandasının baş məşqçisi Yuri Syominin oyun haqda fikirlərini diqqətinizə çatdırırıq:

“Mən onu deyə bilərəm ki, oyun nəticəsi bizim xeyrimizə olsa da, mən oyunun gedişatından heç də razı qalmadım. Komanda heyətimizdə gənc oyunçular çox idi. Lorenzo Ebesilio dəyişdikdən sonra elə bil ki, hər şey məhv oldu, sanki oyun onun üzərində qurulmuşdu. Rəqib komandanı da çempionat oyunlarında analiz etməmişdik”.

PFL


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43