Kateqoriyasız

“Yuri Syominlə aramızda mübahisə olmadı”

Premyer Liqanın 15-ci turuna “Rəvan” – “Qəbələ” oyunu ilə start verildi. Yannik Kamananın yeganə qolu ilə Bakı səfərində 3 xal qazanan “Qəbələ” turnir cədvəlində “Qarabağ”ın liderliyinə şərik oldu – 1:0.

Meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev yenilgini belə izah edib:

“Həm sürətli, həm də aqressiv futbol izlədik. Fikrimcə, komandam son turların ən yaxşı oyununu göstərdi. Heyətimizdə oyunun gedişini dəyişəcək oyunçu yoxdur. Kamananın yüksək ustalıq səviyyəsi oyunun taleyini həll etdi. Hakimlik də yüksək səviyyədə idi. Yuri Syominlə aramızda mübahisə olmadı. Sadəcə bildirdim ki, oyunda hakim var, o, hər şeyi görür, bizim müdaxilə etməyimiz düzgün deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43