Premyer Liqa

Yusif Nəbiyev: “Milli komandada oynamaq hər bir futbolçunun arzusudur”

“Zədədən yeni qayıtmışam. Amma AZAL-la görüşdə qələbə qolunun müəllifi oldum. Bu, mənə motivasiya olmağıma daha da kömək oldu. Çalışıram ki, daha yaxşı sını bacarım. Komandamız gənc futbolçulardan təşkil olunub. Bu da bizim daha sürətli oynamağımıza imkan verir. Qarşıda “Zirə” ilə oyun gəlir. Bu oyunda baş məşqçi Samir Abasov da cəzalı olduğu üçün iştirak etməyəcək. Amma buna baxmayaraq, komandamız özünə inanır. Çalışacağıq ki, bu oyundan da qələbə ilə ayrılaq".

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Sumqayıt”ın sol cinah müdafiəçisi Yusif Nəbiyev deyib.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan gənc futbolçu yenidən “Qəbələ” klubuna qayıda biləcəyini də bildirdi:

“Bəli, yenidən “Qəbələ”yə geri dönə bilərəm. Çünki mən “Qəbələ”nin yetirməsiyəm və onlarla müqaviləm var. “Sumqayıt”da isə icarə əsasında çıxış edirəm ”.

O, milli komandanın növbəti təlim-məşq toplanışına dəvət alacağı təqdirdə, əlindən gələnin daha artığını etməyə hazır olduğunu bildiridi:

“Sözün açığı, inanmıram ki, növbəti təlim-məşq toplanışına dəvət alım. Çünki uzun müddət zədəli oldum. Baxmayaraq ki, oynayıb qol vururam, amma tam formaya düşməliyəm. Belə bir zamanda məni milli komandaya çağıracaqlarını düşünmürəm. Hər bir futbolçunun arzusudur ki, milli komandada oynasın. Məni dəvət edəcəklərsə, əlimdən gələni edəcəm ki, komandaya kömək edim”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43