Premyer Liqa

Samir Məsimov yenidən Azərbaycan klubunda

Azərbaycan Premyer Liqasının autsayderi AZAL növbəti transferi rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər” U-21 millimizin sabiq üzvü Samir Məsimovla anlaşıb. Məsimov mövsümün sonuna qədər AZAL-ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Məsimov ötən mövsüm “Neftçi”dən Sloveniyanın “Domjale” klubuna transfer olunmuşdu. Sloveniya təmsilçisində işləri yolunda getməyən yarımmüdafiəçi, “Domjale”dən ayrıldıqdan sonra bir müddət Qazaxıstanın “Okjetpes” klubunda baxışda da olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43