İdman

“Yuventus” “Barsa”nı dayandırdı, “Monako” yarımfinalda (VİDEOLAR)

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki görüş baş tutub.

Fransada “Monako” Almaniya “Borussiya”sını qonaq edib. Dortmundda keçirilən oyunda qələbə qazanan “Monako” cavab qarşılaşmasında da azarkeşlərini sevindirərək tur adlayan tərəf olub.

Günün digər oyunu “Nou Kamp”da olub. “Barselona” ilk görüşdə 0:3 hesabı ilə məğlub olduğu “Yuventus”u qəbul edib. Bu matçda qapılara qol vurulmayıb və “qoca sinyora” yarımfinala vəsiqə əldə edib.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

19 aprel

22:45. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) – 0:0

İlk oyun – 0:3

22:45. “Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) – 3:1

Qollar: Mbappe, 4 (1:0), Falkao, 17 (2:0), Roys, 48 (2:1)

İlk oyun – 3:2





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43