Kateqoriyasız

“Yuventus” bu il bütün kuboklara yiyələnə bilər”

“Yuventus”un futbolçusu Ernanes iddialı açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə, italyan mətbuatına danışan futbolçu “qoca senyora”nın çempionluğu dəyərləndirib.

O, bildirib ki, turinlilər bu mövsüm trio edə – 3 əsas mükafata yiyələnə biləcək:

“İtaliya kubokunda “Milan”la oynayacağıq. Həmin oyunda hər şey ola bilər. Seriya A-da vəziyyətimiz yaxşıdı. Çempionlar Liqasında çətin “Bavariya” səfərimiz var. Hələ heç nə məlum deyil. Bu mövsüm mümkün olan bütün kubokları qazana bilərik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43