İdman

“Yuventus” hakimlər tərəfindən dəstəklənir, ona görə bu klubdan zəhləm gedir”

“Roma”nın futbolçusu Radji Nainqqolan maraqlı açıqlamaları ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, İtaliya mətbuatına müsahibəsində Belçikalı futbolçu A Seriyasındakı əsas rəqiblərindən “Yuventus” haqda danışıb. “Qoca sinyora”nın güclü komanda olduğunu bildirən 29 yaşlı oyunçu, buna rəğmən çempionun özləri olacağına ümid etdiyini söyləyib: “Roma”da oynamaqdan xoşbəxtəm. Çempion olacağıq. “Yuventus” da yaxşı komandadı. Ancaq daha çox hakimlər tərəfindən dəstəklənir. Ona görə bu komandadan zəhləm gedir”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43