Dünya futbolu

“Yuventus” İkardi ilə maraqlanmır

“Yuventus” “Qalatasaray”ın hücumçusu Mauro İkardini almaq fikrində deyil.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın argentinalı hücumçunun təmsilçiləri ilə əlaqə saxlamayıb. Rəhbərlik bu transferdə maraqlı deyil.

Bu mövsüm 31 yaşlı İkardi 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.  İkardinin İstanbul klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43