Dünya futbolu

“Yuventus” ingiltərəli futbolçunu transfer edir

“Yuventus” Ceydon Sançonu icarə əsasında heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi qışda “Mançester Yunayted”dən ayrılacaq futbolçunu məvacibinin “mankunianlar” tərəfindən qarşılanacağı halda icarəyə götürmək istəyir.

26 avqustda son oyununu keçirən Sanço o vaxtdan komanda ilə birlikdə məşqlərə buraxılmır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43