Ölkə futbolu Premyer Liqa

Bölgə klubunun rəhbərliyi ona son şansı verdi: “Ya düzəlt, ya get!”

Premyer Liqada qeyri-stabil çıxışı ilə diqqət çəkən, 13 oyuna cəmi 8 xal toplaya bilən  “Qəbələ” baş məşqçi dəyişikliyinə gedə bilər.

İdmanxeber.az-ın məlumatına görə, son 6 oyunda cəmi 1 xal aktivinə yazdıra bilən “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev qışda komandadan qovulma ehtimalı ilə üzləşib. Klub rəhbərliyi qış fasiləsinə kimi təcrübəli çalışdırıcıya zaman tanıyıb və ona xəbərdarlıq edilib. Baxşıyev bu durumu qışa kimi dəyişə bilməsə, onun komandadan göndərilməsi reallaşacaq. 

Qeyd edək ki, cari mövsümdə 13 oyuna cəmi 2 qələbə və 2 heç-heçə edən bölgə təmsilçisi turnir cədvəlinin son pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43