Ölkə futbolu

“Beynimdə futbolu artıq bitirmişdim” – Andrey Lunyov

“Beynimdə futbolu artıq bitirmişdim. Qəbul edirəm ki, hər altı aydan, bir ildən bir ağır zədə alsan, çətin olacaq. Bu dəfə isə  dizimdən zədə aımışam… Məncə, indiki halda bu, baş verə biləcək ən yaxşı şeydir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın qapıçısı Andrey Lunyov “Bayer”lə oyunda aldığı zədə barədə Rusiya mətbuatına danışarkən deyib. Təcrübəli qapıçı zədə səbəbindən Rusiya millisinin noyabrdakı təlim-məşq toplanışını buraxmaq məcburiyyətində qalmasına da münasibət bildirib:

 

“Bu vəziyyətdə həkimlərin mənə dediklərinə görə şadam. Əsas məsələ sağlam olmaqdır. Öz oyunu sübut edib gələcəkdə milli komandaya düşmək lazımdır” .


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43