Milli komanda Ölkə futbolu

Azərbaycan – İsveç matçını canlı yayımlayacaq kanallar (SİYAHI)

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveç görüşü canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, noyabrın 16-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarılaşmanı “CBC Sport” kanalı canlı yayımlayacaq. Bundan başqa, Avstriyanın DAZN, Danimarkanın TV2, Şimali Makedoniyanın “Arena Sport 1”, İsveçin “TV 4 Sportkanalen”, Slovakiyanın “Sport 2 SK”, Türkiyənin “S Sport+”, Portuqaliyanın “Sport TV5” kanalları da oyunu canlı yayım proqramına salıb.

Qeyd edək ki, Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43