Dünya futbolu

“Yuventus”dan “Barselona”ya 3 “sillə” (YENİLƏNİB)

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, mərkəzi görüş İtaliyada oynanılacaq. “Yuventus” “Barselona” ilə üz-üzə gələcək. Günün növbəti matçı isə Almaniyada keçiriləcək. “Borussiya” doğma meydanda “Monako” ilə qarşılaşacaq.

 

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

11 aprel

22:45. “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)  3:0
QOL: Dibala, 7 (1:0), 22 (2:0), Kiyellini, 55 (3:0)

Baş hakim: Şimon Marçinyak

Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviçz

Köməkçi hakimlər: Pavel Raçzkovski, Tomaş Musial

Dördüncü hakim: Radoslav Sieyka (hamısı Polşa)

Hakim-inspektor: Hans Reiyqvart (Hollandiya)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Turin, “Yuventus” stadionu

22:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa)

Baş hakim: Daniele Orsato

Yan xətt hakimləri: Mauro Tonolini, Lorenso Manyanelli

Köməkçi hakimlər: Paolo Valeri, Massimiliano Irrati

Dördüncü hakim: Alessandro Kostanso (hamısı İtaliya)

Hakim-inspektor: Horst Brummeyer (Avstriya)

UEFA nümayəndəsi: David Qriffits (Uels)

Dortmund, “Siqnal İduna Park”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43