Dünyadan

“Yuventus”dan “Real”ın futbolçusu üçün 90 milyon avro

Almaniya millisinin və “Real Madrid” klubunun futbolçusu Toni Kroos İtaliyanın “Yuventus” komandasına keçə bilər.

İdmanxeber.com-un məlumatına görə, Turin təmsilçisinin qarşı tərəfə 90 milyon avroluq rəsmi təklif göndərəcəyi bildirilir.

Xatırladaq ki, 2014-cü ildə Almaniyanın “Bavariya” komandasından “kral” klubuna transfer olunan T.Kroos “qalaktikos”un heyətində keçirdiyi 119 oyunda 4 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43