İdman

“Yuventus”un məhsuldarlığı

“Yuventus” İtaliya A seriyasında rekorda imza atıb.

İdmanxeber.com-un xarici mətbuata istinadən məlumatına görə, “qoca sinyora” buna X turda “Spal”la qarşılaşmada nail olub. Belə ki, dünən baş tutan görüşdə 4:1 hesablı qələbə qazanan Turin təmsilçisi cari mövsümdə qollarının sayını 31-ə çatdırıb. Bununla, “Yuve” İtaliyada mövsümün ilk 10 turuna əsasən son 66 ilin ən məhsuldar komandası olub.

Buna qədər rekord elə “ağ-qaralar”ın özlərinə məxsus olub. Belə ki, 1951-52 mövsümündə də eyni göstəriciyə imza atan “Yuventus” həmin vaxt ümumilikdə 98 qolla Skudettonu qazanıb. Hazırda isə rekord sayda qola baxmayaraq, komanda 25 xalla 3-cü pillədə qərarlaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43