Kateqoriyasız

Zaur Svanadze: “Oyuna adi qaydada hazırlaşırıq”

 İdmanxeber.com-un məlumatına görə, “İnter”in baş məşqçisi Zaur Svanadze avqustun 12-də “Qəbələ” və “İnter” komandaları arasında keçiriləcək oyun barədə fikirlərini açıqladı: 

-“Növbəti turun qarşılaşmasına adi qaydada hazırlaşırıq. Məşq prosesi həmişəki qaydada davam edir. Komandada zədəli futbolçu yoxdur.

Bildiyiniz kimi, “Qələbə” çox yaxşı komandadır. Bu faktı çoxdan təsdiqləyib. “Qəbələ” ötən il Avropa Liqasının qrup mərhələsində oynayıb, indi də bu uğuru yenidən təkrarlaya bilər. Biz “Qəbələ” klubuna Avropa Liqasında uğurlar arzulayırıq. Bu komandanın necə oynadığını bilirik və həmin oyuna ciddi hazırlaşacağıq. Oyun həmişə olduğu kimi, çətin olacaq. Bütün oyunlar bizim üçün ağır və çətin olur. Növbəti oyunda müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43