Ölkə futbolu

“Kəpəz” hazırlığa başlayıb

Azərbaycan Premyer Liqasının ilk turunda “Qəbələ” ilə keçirilən səfər oyunundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri məşqləri bərpa edəcək.

İdmanxeber.com-un məlumatına görə, komanda çempionatın II turunda qarşılaşacağı AZAL-la oyunun hazırlığını Bakıda keçirəcək. Bu günə təyin olunan məşq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olacaq. Hazırlıq prosesi saat 17:30-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43