Kateqoriyasız

Zets Qriqorçuku sevindirdi

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə cavab oyununun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Premyer Liqanın martın 5-də keçirilən XXIV turunun “Neftçi” ilə səfər oyununun (2:1) ertəsi gün Bakıda hazırlıq keçən “qırmızı-qaralar” dünən Qəbələdə bir araya gəlib.

Günün ikinci yarısına təsadüf edən məşq prosesində futbolçular iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici çalışmalara üstünlük verib. Çempionat oyununda meydana çıxmayanlar isə Qəbələ şəhər stadionunun yaşıl meydanında məşq edib. Roman Qriqorçukun komandası hazırlıqlara tam heyətlə qatılıb. Son turun oyununu zədə səbəbindən buraxan Ermin Zets də komanda ilə məşq keçib. “Qəbələ” bu gün axşam oyunöncəsi hazırlığa çıxacaq.

Xatırladaq ki, səfərdə 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın “Zirə” ilə ev oyunu martın 9-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43