Kateqoriyasız

Zidanın ilk transfer planı

Madrid “Real”ının yeni baş məşqçisi Zinəddin Zidan qış transfer pəncərəsi zamanı komandasında Mario Qomesi görmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, bu mövsüm alman futbolçu “Beşiktaş”da uğurla çıxış edir. 

Fransız mütəxəssis Qomesi Beyl, Benzema və Ronaldoya əvəz kimi görür.

Ötən mövsüm Karlo Ançelotti Xavyer Ernandesdən məhz bu cür istifadə edirdi. (sportsmole)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43