Ölkə futbolu

“Zirə” “Səbail”ə, “Qəbələ” “Sumqayıt”a qalib gəldi – Yenilənib

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.

Əvvəlcə “Zirə” “Səbail”i qəbul edib. Zirə idman Kompleksinin stadionunda baş tutan görüşdə meydan sahibləri 4 cavabsız qolla qələbə qazanıb.

İlk oyunların sonuncusu Sumqayıtda olub. Şəhərin eyniadlı komandası “Qəbələ”ni qəbul edib. Matç “qırmızı qaralar”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Dünən baş tutan oyunlarda “Qarabağ” “Keşlə”yə qalib gəlib (1:0), “Neftçi” və “Sabah” heçheçəyə razılaşıb (1:1).

Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)

“Zirə” – “Səbail” – 4:0
Qollar: Məhəmməd Hamdaui, 45+2, Loris Bronyo, 59, 86, Hamidu Keyta, 71

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 17:00

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Məhəməd Hamdaui, 9. Loris Bronyo, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 14. Hamidu Keyta, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 25. Vüsal Əliyev
Məşqçi: Vaqif Paşayev

“Səbail”: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 31. Nail Alışov, 17. Elçin Rəhimli, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 88. Elmir Tağıyev, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov
​Baş məşqçi: Aftandil Hacıyev

“Sumqayıt” – “Qəbələ” – 0:1
Qol: 
İsnik Alimi, 26 (pen.)

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Kapital Bank Arena”, 19:15

“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 24. Elşən Abdullayev, 5. Camaləddin Xocaniyazov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 25. İlnur Valiev, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 9. Əli Qurbani, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 15. Vüqar Bəybalayev, 37. Nicat Əliyev, 8. Səbuhi Abdullazadə, 21. Sənan Ağayev
Baş məşqçi: Aleksey Baqa

“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 7. Ehtiram Şahverdiyev, 27. Məqsəd İsayev, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes
​Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43