Ölkə futbolu

“Zirə”də yeni məşqçi

“Zirə” klubunda yeni məşqçi təyinatı olub.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fərhad Vəliyev qapıçıların hazırlığı üzrə məşqçi təyin edilib. Onunla bir illik müqavilə imzalanıb.

Buna qədər eyni vəzifəni yerinə yetirən Anar Niftəliyev isə əvəzedici heyətdə çalışacaq.

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq üzvü olan Fərhad Vəliyev bundan əvvəl “Səbail”də eyni vəzifədə çalışırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43